- 16:47
 
                     
            Yaponya hökuməti ölkə üzrə artan ayı hücumlarına qarşı mübarizə məqsədilə lisenziyalı ovçuları işə götürəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ətraf Mühit Nazirliyi yaşayış yerlərinə daxil olan və insanlara hücum edən ayıları zərərsizləşdirmək üçün xüsusi büdcə ayıracağını açıqlayıb. Bu qərar, çərşənbə axşamı keçirilən yüksək səviyyəli toplantıdan sonra rəsmi olaraq elan edilib.
İndiyə qədər 12 nəfər ayı hücumları nəticəsində həyatını itirib ki, bu, 2000-ci illərin əvvəlindən bəri qeydə alınan ən yüksək sayıdır. Qurbanlar arasında Hokkaidoda qəzet paylayan bir şəxs və Ivatə bölgəsində bağında ölü tapılan 67 yaşlı kişi də var.
Bu il 100-dən çox insan ayı hücumlarında yaralanıb. Bunlar arasında məşhur turistik ərazidə avtobus dayanacağında hücuma uğrayan bir xarici turist də var. Ən çox hücum isə şimalda, Akita bölgəsində qeydə alınıb.
Japoniyanın Müdafiə Naziri Şinjiro Koizumi, bu həftə Akita bölgəsində Japon Öz Müdafiə Qüvvələrinin ayıları tutmağa və uzaqlaşdırmağa kömək edəcəyini açıqlayıb. Hərbi qulluqçuların ayılara atəş açması qanunla qadağan olunsa da, tələ qurmaq və öldürülmüş ayıları daşımaqda ovçulara dəstək verəcəklər.
Akita valisi Kenta Suzuki Yaponiyada ovçuların yaşlandığını və ilbəil azaldığını vurğulayıb. Bildirib ki, ayılar artıq nadir hallarda ovlanır və buna görə də daha çox insan məskənlərinə yaxınlaşırlar.
Qeyd edək ki, hökumət sentyabr ayında çıxardığı qərarla yaşayış yerlərində ayılara atəş açmağı asanlaşdıran qanunu dəyişdirib.
Şəbnəm Mehdizadə