İstanbulda bina yandı, 15 nəfər tüstüdən zəhərləndi


  • 14:47

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda 5 mərtəbəli binada baş verən yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, binanın zirzəmi mərtəbəsindəki pilləkən boşluğunda naməlum səbəbdən baş verən yanğın nəticəsində 15 nəfər tüstüdən zəhərlənib.

Hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğınsöndürənlər binanın sakinlərini təhlükəsiz şəkildə çıxarıb və yanğını qısa müddətdə söndürüb.

Yanğından təsirlənmiş 15 sakin ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Bundan başqa, bəzi sakinlər yanğınsöndürmə xidmətinin hadisəyə gec müdaxilə etdiyini iddia edərək qarşıdurma yaradıb.

Polis əməkdaşları vəziyyətə müdaxilə edərək küçədə təhlükəsizlik tədbirləri görüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər