“Melissa” qasırğası nəticəsində Karib hövzəsində 49 nəfər ölüb


  • 15:28

Karib hövzəsi ölkələrində “Melissa” qasırğası nəticəsində həyatını itirənlərin sayı 49 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə “The Guard” qəzeti məlimat yayıb.

Sözügedən qasırğa nəticəsində Haitidə 30 nəfər həyatını itirib, 20 nəfər yaralanıb və 20 nəfər itkin düşüb.

Yamaykada isə ölənlərin sayı 19 nəfərə çatıb.

Qasırğa yaxınlaşarkən təxminən 735 min nəfərin təxliyə edildiyi Kubada isə ölüm halı barədə məlumat verilməyib.

Sürəti saatda 295 kilometrə çatan “Melissa” qasırğası güclü yağış, fırtına və daşqınlara səbəb olaraq təsirini göstərməyə davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər