- 17:03
 
                     
            Meksikanın Cancun şəhərindən ABŞ-ın Nyu-Cersi ştatına uçan "Airbus A320" tipli təyyarə uçuş zamanı qəfil hündürlük itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə 162 sərnişin olub. Enmə zamanı yaranan vəziyyətə görə ekipaj yerli vaxtla saat 14:00-da Florida ştatındakı Tampa Beynəlxalq Hava Limanına təcili eniş edib.
Bildirilib ki, hava limanında tibbi briqadalar sərnişinlər və heyət üzvlərini müayinə edib, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
"LiveATC.net" saytının əldə etdiyi hava trafik qeydlərinə əsasən, hadisə zamanı ən azı üç nəfər yaralanıb.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndələri hadisə ilə bağlı araşdırma aparıldığını təsdiqləyiblər.
Şəbnəm Mehdizadə