- 17:03
 
                     
            Vyetnamda leysan yağışları səbəbindən 14 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Vyetnamın Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi yanında Bəndlərin İdarə Edilməsi və Təbii Fəlakətlərin Qarşısının Alınması Departamenti məlumat yayıb.
Qurumun məlumatına görə, təbii fəlakət nəticəsində 8 nəfər itkin düşüb, 34 nəfər isə xəsarət alıb.
128 mindən çox yaşayış evi və bina su altında qalıb, 4,9 min hektar əkin sahəsi və 790 hektardan çox meyvə plantasiyası məhv olub. Daşqın nəticəsində 17,7 min baş iribuynuzlu heyvan və quş tələf olub.
Daşqın və torpaq sürüşmələri səbəbindən 16 milli magistral yol bağlanıb ki, bu da Vyetnamın mərkəzi hissəsində nəqliyyatın hərəkətini ciddi şəkildə pozub.
Humay Eminqızı