- 22:25
 
                     
            Süni intellekt köməkçisi "Meta AI" Türkiyədəki istifadəçilər üçün türk dili dəstəyi ilə pulsuz olaraq istifadəyə verilib.
E-huquq.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Bildirilib ki, "Facebook", "Instagram", "WhatsApp" və "Messenger" daxil olmaqla, bütün Meta məhsullarında, eləcə də şirkətin internet saytında mövcud olan məhsula Meta proqramlarında mavi dairə işarəsinə toxunmaqla və ya qrup mesajında “@MetaAI” yazmaqla daxil olmaq olar.
Gündəlik işləri asanlaşdırmaq üçün nəzərdə tutulmuş məhsuldan işlərin görülməsinə dair məsləhətlər almaq üçün istifadə edilə bilər.
Məhsul kodlaşdırma və ya ev tapşırığı ilə kömək edir, məzmun yarada, suallara cavab verə bilir.
Məhsul həmçinin birbaşa mətn yaratma, vizual yaratma və animasiya imkanlarına da malikdir.
Hazırda dünyanın 200-dən çox ölkə və bölgəsində istifadə edilən süni intellekt köməkçisinin aylıq 1 milyard aktiv istifadəçisi var.
Şəbnəm Mehdizadə