"Amazon" 14 min nəfəri işdən çıxarır


  • 16:39

"Amazon" şirkəti 14 min işçisini ixtisar edəcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amazon şirkətinin baş direktoru Andy Jassy məlumat verib.

Baş direktor bu qərarın maliyyə səbəbləri ilə bağlı olmadığını bildirib.

O, rüblük satışlarının keçən illə müqayisədə 13 faiz artaraq 180 milyard dollara çatdığını açıqlayıb.

Jassy qeyd edib ki, son illərdə artan işçilərin sayı şirkət daxilində iyerarxik təbəqələr yaradıb.

Qeyd edək ki, "Amazon" işçilərinin sayı 2021-ci ildə 1,6 milyonu ötüb və keçən ilin sonunda təxminən 1,5 milyon olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər