Mərakeşdə qızıl ehtiyatları aşkarlanıb


  • 16:47

Mərakeşin səhra bölgəsində qızıl ehtiyatları aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mərakeş Milli Karbohidrogenlər və Minerallar Ofisi (ONHYM) məlumat yayıb.

Bildirilib ki, ölkənin cənubundakı əl-Verma, Calva və İmtalan-Tiçla bölgələrində bu il aparılan kəşfiyyatlar zamanı yüksək konsentrasiyalarda qızıl göstəriciləri aşkar edilib.

Bu il ölkə üzrə 44 yeni mədənçıxarma layihəsinə start verilib, iş xüsusilə yüksək potensiallı sahələrdə cəmlənib.

Bəyanatda həmçinin Nador (şimal) və Bucedur (cənub) bölgələrində fəaliyyət göstərmək üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq müqavilələrinin imzalandığı açıqlanıb.

Qeyd olunub ki, bu tərəfdaşlıqlar ölkənin mədən potensialını artırmaq və Mərakeşi regional mədən mərkəzinə çevirmək məqsədi daşıyır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər