Milli Depozit Mərkəzinin tenderi ləğv edildi


  • 17:03

Milli Depozit Mərkəzinin informasiya təhlükəsizliyi idarə edilməsi sisteminin yoxlanılması məqsədilə audit xidmətinin satın alınması üçün elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Həmin tenderin dəyəri 23.836,00 manat olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər