İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu


  • 31 Oktyabr 23:16

İstanbul Bələdiyyəsinin daha dörd əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

E-huquq.az xəbər verir ki, məhkəmənin qərarı ilə bələdiyyənin Rəqəmsal Media Koordinatoru Ulaş Yılmaz, eləcə də Ağıllı Şəhərlər İdarəsinin əməkdaşları İsmet Korkmaz, Yusuf Utku Şahin və Baran Gönül həbs ediliblər.

Qeyd edək ki, həbs edilən şəxslər “İstanbul Senin” mobil tətbiqi vasitəsilə məlumat sızdırmaqda ittiham olunurlar. İstintaq zamanı 4,7 milyon istifadəçiyə məxsus məlumatların xarici ölkələrə ötürüldüyü, 3,7 milyon istifadəçinin məlumatlarının isə “dark web”də satışa çıxarıldığı müəyyən edilib.

Oxşar xəbərlər