Məzmuna keç

ABŞ-də əyləncə mərasimində atışma olub, yaralılar var

ABŞ-nin Ohayo ştatının şimali-şərqindəki Bat şəhərində yeniyetmələr üçün keçirilən əyləncə mərasimində atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb.

E-huquq.az bu barədə "Associated Press"ə (AP) istinadən xəbər verir.

"Bazar günü yeniyetmələrin əyləncə üçün toplaşıb, kirayəyə götürdükləri böyük evdə atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb", – AP bildirib.

"Zərərçəkənlərin vəziyyəti barədə məlumat yoxdur. Azı bir nəfərin xəsarətləri yıxılma nəticəsində ola bilər", – polis rəisi Vito Sinopoli bildirib. O əlavə edib ki, yaralılar arasında həm həddi-büluğa çatmayanlar, həm də böyüklər ola bilər.

FOX telekanalının yerli filialı hadisədə azı bir nəfərin öldüyünü bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsiyyəti açıqlanmayan şübhəlini saxlayıb.

Hadisənin səbəbləri araşdırılır.