Almaniya DİN ölkədə yüksək terror təhlükəsi haqqında xəbərdarlıq etdi


  • 00:05

Berlin şəhərində terror aktı planlaşdırmaqda şübhəli bilinən suriyalı şəxsin həbsindən sonra Almaniya daxili işlər naziri Aleksandr Dobrindt ölkədə yüksək terror təhlükəsi barədə xəbərdarlıq edib.

E-huquq.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

"Berlin şəhərindəki həbs bir daha göstərir ki, Almaniyada terror təhlükəsi səviyyəsi mücərrəd olsa da, yenə də yüksəkdir. 2023-cü ildən bəri Almaniyada olan və terror hücumuna hazırlıq gördüyünü göstərən suriyalının hərəkətləri dərhal aşkar edildi", - Dobrindt bildirib.

Oxşar xəbərlər