Əfqanıstanda güclü zəlzələ - 7 nəfər öldü


  • 08:29

Əfqanıstanın şimalında baş verən 6,3 maqnitudada zəlzələ nəticəsində azı yeddi nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə "Reuters agentliyi məlumat yayıb.

Yerli səhiyyə idarəsinin məlumatına görə, daha 150 nəfər yaralanıb.

Bundan əvvəl Balx əyalətinin qubernatorunun sözçüsü Hacı Zayed dörd nəfərin öldüyünü bildirib.

ABŞ-nin Geologiya Xidməti Əfqanıstanın Hindquş dağlarında 6,3 maqnitudada zəlzələnin baş verdiyini bildirib. Məlumata görə, zəlzələnin episentri təxminən 523 000 insanın yaşadığı Məzari-Şərif şəhərindən 37 kilometr şimal-qərbdə, episentr 10 kilometr dərinlikdə yerləşib.

Oxşar xəbərlər