- 15:35
Bolqarıstanda 17 il əvvəl itkin düşən və ən çox axtarılan şəxslərdən biri kimi qeydlərə düşən şəxs ölkənin cənub-qərbindəki Pirin dağında aşkarlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pirin Milli Parkı İdarəsi məlumat yayıb.
Park mühafizəçiləri tərəfindən aparılan yoxlama zamanı şübhəli şəxs aqressiv davranış sərgiləyib.
Şəxsiyyətini təsdiq edən sənədləri olmayan şəxs Bansko Rayon Polis Şöbəsinə aparılıb.
Aradırma zamanı məlum olub ki, həmin şəxs 2008-ci ildə milli və beynəlxalq axtarışa verilib. Lakin həmin şəxs tapılmadığına görə 2013-cü ildə məhkəmə tərəfindən ölü elan edilib.
Pirin Milli Parkının direktoru Rosen Banenski bildirib ki, rus əsilli olduğu təsbit edilən bu şəxs illərdir dağda tənha kimi yaşayır.
Şəbnəm Mehdizadə