Zəncirvari qəza: 1 ölü, 2 yaralı


  • 09:45

Türkiyənin Ədirnə şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ədirnədən Lələpaşa istiqamətində hərəkət edən yük maşını qarşısındakı digər yük maşınını ötmək istəyərkən təkəri partlayıb.

Sürücü idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılıb.

5 nəqliyyat vasitəsinin toqquşduğu qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis, jandarma, təcili tibbi yardım və yanğınsöndürənlər göndərilib.

Xəsarət alan iki nəfər xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər