- 15:35
İtaliyanın şimalında Alp dağlarında qar uçqunu nəticəsində 5 nəfər ölüb.
E-huquq.az İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, dünən axşam saatlarında Alp dağlarının şimalındakı Alto Adige bölgəsindən keçən Ortles bölgəsində qar uçqunu baş verib.
Uçqun zamanı dağda bir qrup alman xizəkçinin olduğu, ilkin olaraq üç nəfərin öldüyü məlum olub.
Yamacda axtarış-xilasetmə işləri zamanı isə daha iki nəfərin cəsədi aşkarlanıb.
Şəbnəm Mehdizadə