ABŞ-nin ümumi dövlət borcu rekord həddə çatıb


  • 10:00

ABŞ-nin ümumi dövlət borcu 38 trilyon dolları keçərək rekord həddə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu ilin avqust ayında bu göstərici 37 trilyon dollar olub.

Beləliklə ölkənin dövlət borcu 82 gündə daha 1 trilyon dollar artmaqla rekord səviyyəyə çatıb.

ABŞ-nin xarici borcu Çin, Hindistan, Yaponiya, Almaniya və Böyük Britaniya iqtisadiyyatlarının ümumi daxili məhsuluna bərabərdir.

Analtiklər borcun 2047-ci ilə qədər ÜDM-in 200 faizinə çata biləcəyini deyir.

May ayında beynəlxalq reytinq agentliyi “Moody’s” ABŞ-nin kredit reytinqini AAA-dan AA1-ə endirib.

Ölkənin xarici borcunun artması həm də faiz ödənişləri baxımından ciddi problem yaradır.

Dövlət borcu təkcə dövlət iqtisadiyyatına deyil, həm də vətəndaşlara təsir göstərir. Bu, mənzil, avtomobil kreditləri və kredit kartları üzrə faiz dərəcələrinin yüksəldilməsi, investisiyaların azalması və əmək haqqı artımının məhdudlaşdırılması, mal və xidmətlərin qiymətlərinin artması, inflyasiya riski və hökumətin bəzi sosial proqramlara ixtisar edilməsi ehtimalı deməkdir.

Bəzi iqtisadçılar ABŞ prezidenti Donald Trampın vergi artımı nəticəsində əldə edilən yüzlərlə milyard dollarlıq əlavə gəliri büdcə kəsirinin azaldılması istiqamətində müsbət addım hesab etsələr də, digərləri ABŞ-nin yavaş-yavaş kasıblaşdığını düşünür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər