- 17:38
ABŞ prezidenti Donald Tramp Nigeriyaya hərbi hücum barədə xəbərdarlıq edib.
E-huquq.az xəbər verir ki, bu barədə Tramp bu barədə sosial media hesabında paylaşım edib.
"Nigeriya hökuməti xristianların öldürülməsinə icazə verməyə davam edərsə ABŞ Nigeriyaya bütün yardım və dəstəyi dərhal kəsəcək" - deyə Tramp yazıb.
Sosial şəbəkədəki paylaşımında Tramp həmçinin ölkəyə silahlarla daxil ola biləcəkləri barədə xəbərdarlıq edib.
Nigeriya hökumətini çevik hərəkətə keçməyə çağıran Tramp bildirib ki, aidiyyəti qurumlara artıq bu barədə tapşırıq verib.
Nigeriyaya hərbi zərbə endirməyi düşünüb-düşünmədiyi ilə bağlı suala isə Ağ Ev lideri bunu istisna etmədiklərini vurğulayıb.
Tramp Nigeriyada rekord sayda xristianın öldürüldüyünü iddia edib və bunun davam etməsinə icazə verməyəcəklərini vurğulayıb.
Nigeriya prezidentinin siyasət kommunikasiyaları üzrə xüsusi müşaviri Daniel Bwala yaxın günlərdə Nigeriya prezidenti Bola Əhməd Tinubu ilə ABŞ prezidenti Donald Tramp arasında görüşün planlaşdırıldığını açıqlayıb.
"Tramp Nigeriyaya silah satışını təsdiqləyərək əhəmiyyətli töhfə verdi. Tinubu terrorla mübarizədə bu fürsətdən səmərəli istifadə edərək əhəmiyyətli nəticələr əldə edib" - deyə o bildirib.
Bwala görüşün Abuca və ya Vaşinqtonda keçirilə biləcəyini və tərəflərin bir çox məsələləri müzakirə edəcəyini qeyd edib.
Şəbnəm Mehdizadə