- 17:38
Türkiyənin İstanbul şəhərində güclü yanğın olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Beyoğlu səmtində yerləşən ikimərtəbəli binanın zirzəmisində yanğın başlayıb.
Yanğından çıxan qatı tüstü qısa müddətdə binanı bürüyüb.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib.
Binanın zirzəmisində köməksiz vəziyyətdə qalan 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Tüstüdən zəhərlənən 3 nəfərə ilkin tibbi yardım göstərilib, 1 nəfər isə xəstəxanaya çatdırılıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şəbnəm Mehdizadə