Dünyanın ən yüksək IQ göstəricilərinə malik ölkələri açıqlandı


  • 11:46

Dünyada ən yüksək IQ orta göstəricisinə malik ölkələrin siyahısı açıqlanıb. Çin, Tayvan, Honq-Konq və Makaodur (Çinin xüsusi inzibati bölgəsi).

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Beynəlxalq IQ Testinin nəticələrində öz əksini tapıb.

Test dünya üzrə 1,3 milyondan çox iştirakçı ilə aparılıb.

Aparılan hesablamalara əsasən, Çin, Tayvan, Honkonq və Makao orta hesabla 107 IQ göstəricisi ilə ən yüksək zəkaya sahib bölgələr arasında yer alıb. Onları 106 göstərici ilə Cənubi Koreya və Yaponiya izləyb.

Dünya Əhali Tədqiqatı bu ölkələrin yüksək IQ nəticələrinin akademik nailiyyətlərlə güclü əlaqəyə malik olduğunu vurğulayıb.

Lakin ekspertlər qeyd edir ki, IQ intellektin tək ölçüsü deyil. Təhsilin keyfiyyəti və innovasiya kimi faktorlara əsaslanan daha əhatəli “Intelligence Capital Index”ə (ICI) görə, 2017-ci ildə ABŞ birinci yeri tutub, Çin və Rusiya isə ilk onluqda qərarlaşıb.

Hindistan, Braziliya və İndoneziya da intellektual potensialın müxtəlif ölçülərinin vacibliyini vurğulayaraq reytinq tərtib ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər