"ChatGPT"yə bəzi məhdudiyyətlər tətbiq olunur


  • 13:21

Süni intellektlə işləyən "ChatGPT" söhbət proqramı üçün yeni qaydalar müəyyən edib.

E-huquq.az xəbər verir ki, istifadəçilər bundan sonra tibbi, hüquqi və ya maliyyə məsələlərində birbaşa məsləhət ala bilməyəcəklər.

Şirkət oktyabrın 29-da qüvvəyə minən tənzimləmə ilə potensial hüquqi məsuliyyət və məhkəmə risklərini əsas gətirərək modelin əhatə dairəsini daraldıb.

İndi "ChatGPT" yalnız ümumi prinsipləri izah edəcək, nümunə mexanizmləri təqdim edəcək və istifadəçiləri həkimlərə, hüquqşünaslara və ya maliyyə məsləhətçilərinə yönləndirəcək.

Yeni qaydalara əsasən dərmanların adları və ya dozaları açıqlana bilməz, hüquqi ərizələr hazırlana bilməz və investisiya məsləhətləri verilə bilməz.

Mütəxəssislər xəbərdarlıq edir ki, istifadəçilərin gəlirləri, şəxsiyyətləri və ya bank məlumatlarının paylaşılması da məlumatların təhlükəsizliyi üçün əhəmiyyətli risk yaradır.

Yeni məhdudiyyətlər etik sahələrə də şamil edilir. Vurğulanıb ki, "ChatGPT"dən ev tapşırığı, imtahanlar üçün istifadə həm təhsil etikasını, həm də müəllif hüquqlarını pozur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər