- 20:38
Çin ən gənc astronavtı Vu Feini Shenzhou-21 missiyası ilə Tianqonq Kosmik Stansiyasına (Göy Sarayı) göndərib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, üç nəfərlik ekipajda olan digər astronavtlar Zhang Lu (48) və Zhang Hongzhang (39) kosmosa ilk uçuşunu edəcək. Ekipaj altı aylıq missiyadan sonra Yerə qayıdacaq.
Missiya çərçivəsində stansiyaya dörd qara siçan da gətirilib. Bu siçanlar elmi təcrübələrdə istifadə olunacaq.
Shenzhou proqramı son illərdə əhəmiyyətli irəliləyiş əldə edib.
Çin 1990-cı illərdə doğulmuş astronavtları yerləşdirərək kosmosda ən gənc nəsli təmsil edən ölkəyə çevrilib. Pekin həmçinin 2026-cı ildə ilk xarici astronavtı - pakistanlını Tianqonqa göndərməyi planlaşdırır.
Şəbnəm Mehdizadə