- 20:38
Filippinə yaxınlaşan "Kalmaegi" qasırğası iilə əlaqədar olaraq on minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, saatda 120 kilometrə çatan küləklərlə müşayiət olunan "Kalmaegi" qasırğasının bu gün Sakit Okeandan Filippinin qərbinə çatacağı gözlənilir.
Qasırğanın ölkənin qərb və mərkəzi bölgələrinə güclü külək və yağış gətirəcəyi gözlənildiyi üçün sahilyanı ərazilərdə yaşayan 70 mindən çox insan hərbçilərin köməyi ilə təhlükəsiz ərazilərə təxliyə edilib.
Balıqçılara bölgədə üzmək qadağan edilib.
Qeyd edək ki, 2013-cü ilin noyabrında ölkədə "Haiyan" qasırğasında 7300-dən çox insan həyatını itirib.
Şəbnəm Mehdizadə