- 20:38
Oktyabrın 19-da Fransanın paytaxtı Parisdə dünyaca məşhur Luvr Muzeyində baş verən oğurluq hadisəsi il bağlı yeni detallar məlum olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, muzeyin təhlükəsizlik kodunun "Louvre" olduğu üzə çıxıb.
Bu yeni məlumat Fransada hiddətə səbəb olub.
Belə ki, təmirdə olan muzeyə kranın köməyi ilə daxil olan oğruların qaçması ilə bağlı görüntülər üzə çıxıb. Hadisə ilə bağlı ümumilikdə 6 nəfər saxlanılıb, onlardan 3-ü həbs edilib.
Muzeydəki əsas təhlükəsizlik boşluqları sərt şəkildə tənqid edilib.
Hesablama Məhkəməsinin ilkin hesabatında bildirillib ki, muzeyin təhlükəsizlik standartlarına cavab verən texniki avadanlıqlarla təmin olunmayıb və təhlükəsizlik boşluğu yaranıb.
Luvrun direktoru Laurens Des Cars oktyabrın 22-də oğurluqla bağlı Senatın Mədəniyyət Komitəsi qarşısında ifadə verib. O, hadisədən sonra istefa ərizəsini mədəniyyət naziri Raçida Datiyə təqdim edib. Lakin onun istefası rədd edilib.
Oğurluqdan sonra Luvrda nümayiş olunan bəzi zinət əşyaları milli mərkəzi bank olan Fransa Bankına köçürülüb.
Muzeydən oğurlanmış eksponatların dəyəri 88 milyon avro olaraq qiymətləndirilir.
Şəbnəm Mehdizadə