- 23:08
Türkiyənin Denizli şəhərində avtomobil salonunda satış üzrə mütəxəssis kimi çalışan şəxsin vəkil mantiyası geyinərək çəkdiyi video birmənalı qarşılanmayıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən şəxs avtomobil satışını təşviq etmək və diqqəti cəlb etmək üçün vəkil mantiyası geyinib. Onun çəkdiyi video sosial şəbəkədə paylaşıldıqdan sonra hüquqşünasların etirazlarına səbəb olub.
Denizli Vəkillər Kollegiyasının yaydığı bəyanatda sözügedən davranışın vəkillik peşəsinin nüfuzuna ciddi xələl gətirdiyi bildirilib.
"Sözügedən video həmin şəxsin sosial media hesablarından silinib. Denizli Vəkillər Kollegiyası olaraq tərəfimizdən həmin şəxslə bağlı lazımi araşdırmalar aparılıb. Həmin şəxsin barəsində cinayət işi açılıb" - deyə bəyanatda bildirilib.
Şəbnəm Mehdizadə