- 23:08
Türkiyənin Antalya şəhərində fabrikdə güclü yanğın olub.
E-huquq.az Türkiyə KİV-ə istinadn xəbər verir ki, Antalyanın Aksu rayonu, Atatürk məhəlləsində yerləşən və meyvə-tərəvəzlərin qablaşdırıldığı fabrikin anbarında naməlum səbəbdən başlayan yanğın sürətlə ətrafa yayılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və su tankerləri göndərilib.
Yanğın nəticəsində bir müəssisənin dam örtüyü uçub, təqribən 1600 kvadratmetr sahə külə çevrilib.
Təxminən üç saatlıq müdaxilədən sonra yanğın nəzarət altına alınıb.
Yanğının səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə