- 23:08
Türkiyənin Balıkes şəhərinin Sındırgı rayonunda yenidən zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yeraltı təkanların 4,9 bal gücündı olduğunu açıqlayıb.
Zəlzələ həm Marmara, həm də Egey bölgələrində hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və ya tələfat barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.
Təkanlar İstanbul da daxil olmaqla, bir çox bölgələrdə hiss edilib.
AFAD və digər aidiyyəti qurumlar bölgədə vəziyyəti izləməkdə davam edir.
Şəbnəm Mehdizadə