Zelenski: Ukrayna “Flamingo” raketlərinin kütləvi istehsalına hazırlaşır


  • 3 Noyabr 23:49

Ukraynada raket istehsalı “pis getmir”.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı bildirib.

“Biz "Flamingo" tipli yeni raketlər tətbiq edirik. Sayını deməyəcəyəm, lakin ilin sonunadək bu istiqamətdə kütləvi istehsalın başlanmasını gözləyirik. Bizim ‘"Neptun" raketlərimiz də var. Onlar artıq kütləvi istehsaldadır. Adi variantı da, uzaqmənzilli versiyası da var və hər ikisi özünü yaxşı göstərir”, - Zelenski deyib.

Onun sözlərinə görə, son bir-iki ayın nəticələri göstərir ki, Ukraynanın raket zərbələri Rusiyanın enerji sektoruna ciddi zərbə vurub.

"Bu sektor isə müharibəni maliyyələşdirən əsas gəlir mənbəyidir", - dövlət başçısı vurğulayıb.

Oxşar xəbərlər