- 15:01
 
                    
            Türkiyənin Samsun şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Samsunun Atakum rayonunda təcili tibbi yardım maşını minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 5 nəfər yaralanıb. Onlardan 3-ü tibb işçisidir.
Yaralılar şəhərdəki xəstəxanalara çatdırılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə