Türkiyədə dabaq xəstəliyinə görə 18 kənd karantinə alınıb


  • 10:10

Türkiyənin Bolu şəhərində heyvanlar arasında kütləvi şəkildə dabaq xəstəliyi yayılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bolunun Mudurnu rayonunda iribuynuzlu heyvanlarda dabaq xəstəliyi aşkar edilib.

Mudurnu rayon Kənd Təsərrüfatı İdaərsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı bəzi iribuynuzlu heyvanlarda dabaq xəstəliyi aşkarlanıb.

18 kənd və 4 məhəllədə karantin tədbirləri həyata keçirilib.

Bu tədbirlər çərçivəsində həmin ərazilərdə heyvanların otlağa buraxılması qadağan edilib.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün Mudurnu Heyvan Bazarı növbəti xəbərdarlığa qədər bağlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər