- 15:43
 
                    
            Almaniya müharibəyə hazırlığını davam etdirir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Ordusunun (Bundesver) əməliyyatlar komandanı general-leytenant Aleksandr Sollfrank son açıqlamaları ilə diqqət çəkib.
O, ölkənin müdafiəsinin yalnız hərbi güclə məhdudlaşmadığını vurğulayıb.
"Dözümlülük əldə etmək təkcə müdafiə imkanlarımızı deyil, həm də düşüncə tərzimizi dəyişdirməyi tələb edir. Məqsədimiz təkcə orduda deyil, cəmiyyətin bütün təbəqələrində dayanıqlığı gücləndirməkdir. Çünki ölkənin dayanıqlılığı təkcə hərbi qüdrəti ilə deyil, həm də cəmiyyətin fəaliyyət qabiliyyəti ilə ölçülü" - deyə o bildirib.
General-leytenant Sollfrank bildirib ki, şirkətlər potensial böhran vəziyyətində fəaliyyətini nə qədər davam etdirə biləcəklərini əvvəlcədən planlaşdırmalıdırlar. Çörək zavodu çətin şərtlərdə belə çörək istehsalına davam edə bilməlidir.
O, həmçinin şirkətlərə kibertəhlükəsizlik sistemlərini gücləndirməli olduqlarını xatırladıb.
"Hər bir qurum öz zəifliklərini bilməli və onlara qarşı tədbir görməlidir" - deyə komandan əlavə edib.
Şəbnəm Mehdizadə