Peru Meksika ilə diplomatik əlaqələri kəsib


  • 10:58

Peru hökuməti Meksika ilə diplomatik əlaqələri kəsib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Perunun xarici işlər naziri Huqo de Zela məlumat verib.

Nazir Meksika səfirinin Limadakı iqamətgahında keçirdiyi mətbuat konfransında çıxış edib.

"Keçmiş baş nazir Betsi Çaves keçmiş prezident Pedro Kastillonun çevriliş cəhdində mümkün şərik sayılır və o, hazırda Meksika səfirinin Perudakı iqamətgahına sığınıb. Ölkənin hazırkı və keçmiş prezidentlərinin Perunun daxili işlərinə təkrar müdaxiləsini nəzərə alaraq, Peru hökuməti bu gündən etibarən Meksika ilə diplomatik əlaqələri kəsməyə qərar verdi" - deyə nazir bildirib.

Nazir bunu qeyri-dost hərəkət kimi qiymətləndirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər