- 15:43
 
                    
            Maldiv adalarında 2007-ci il yanvarın 1-dən sonra doğulan hər kəs üçün siqaret çəkmək, almaq və satmaq qadağan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verirr ki, Maldiv adaları 2007-ci il yanvarın 1-dən sonra doğulanlara siqaret çəkməyi, tütün məmulatlarını almağı və ya satmağı qadağan edən yeni qanun qəbul edib. Bu qərarla ölkə nəsillər boyu siqaret qadağasını tətbiq edən ilk dövlət oldu.
Səhiyyə Nazirliyi qanunun əhalinin sağlamlığının qorunmasında və tütündən azad nəslin yetişdirilməsində mühüm mərhələ olduğunu açıqlayıb.
Hökumət tütündən azad cəmiyyət məqsədi ilə yeni klinikalar açacaq və mükafatlandırma proqramları həyata keçirəcək.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütün istifadəsi hər il yeddi milyondan çox insanın ölümünə səbəb olur.
Maldiv hökuməti həmçinin siqareti tamamilə buraxan ada sakinlərinə pul mükafatı təklif etməyi planlayır.
Qeyd edək ki, Maldiv adalarında yetkin əhalinin təxminən dörddə biri siqaret çəkir. 13-15 yaşlı gənclər arasında bu göstərici iki dəfə artır.
Şəbnəm Mehdizadə