NASA Ay missiyası üçün alternativ planlar axtarır


  • 4 Noyabr 17:17

NASA "Artemis III" proqramı çərçivəsində Aya insan göndərmə planında yaşanan gecikmələr səbəbindən alternativ həll yolları axtarır. "SpaceX"in "Starship" raketindəki texniki problemlər qurumu digər kosmik şirkətlərdən yeni təkliflər istəməyə sövq edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 2,9 milyard dollarlıq müqaviləsi olan "SpaceX"ə əlavə olaraq "Blue Origin" və "Lockheed Martin"dən də alternativ planlar tələb olunub. Məqsəd 2027-ci ildə nəzərdə tutulan Ay missiyasını gecikdirmədən həyata keçirməkdir.

Yeni təkliflər arasında "Blue Origin"in "Blue Moon" layihəsinin yenidən işlənməsi və "Lockheed Martin"in "Orion" kapsulasının elementlərindən istifadə edərək iki mərhələli bir eniş sistemi yaratması var. Ekspertlər isə yeni sistemin hazırlanmasının 6-7 il çəkə biləcəyini bildirir.

ABŞ, "Artemis" proqramı ilə yalnız Aya qayıtmaqla kifayətlənməyib, uzunmüddətli olaraq orada davamlı baza qurmağı da hədəfləyir. Kosmik siyasətçilər vurğulayır ki, əsas məqsəd ilk enişi etmək deyil, Ayda davamlı insan fəaliyyəti yaratmaqdır.

NASA yaxın aylarda hansı şirkətlərlə davam edəcəyini açıqlayacaq və elmi əməkdaşlıqla texnoloji inkişafı prioritet olaraq saxlayacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər