Filippində qasırğa 26 nəfərin ölümünə səbəb oldu


  • 17:28

Sakit Okeandan gələn Kalmaegi qasırğasının yaratdığı güclü küləklər və daşqınlar səbəbindən Filippində 26 nəfər ölüb.

E-huquq.az "Inquirer News"a istinadən xəbər verir ki, Mülki Müdafiə İdarəsi (OCD) qasırğanın yaratdığı fəsadlar barədə açıqlama yayıb.

Bəyanatda yerli olaraq "Tino" kimi tanınan Kalmaegi qasırğası nəticəsində 26 nəfərin öldüyü bildirilib.

Qasırğa səbəbindən bu günə qədər təxminən 387.000 insan təxliyə edilib.

Qedy edək ki, 2013-cü ilin noyabr ayında ölkəni bürüyən "Haiyan" qasırğası nəticəsində 7300-dən çox insan ölüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər