Məzmuna keç

Kentakidə təyyarə qəzası: 7 nəfər həlak olub

"UPS" şirkətinə məxsus yük təyyarənin Kentaki ştatının Luisvill şəhərindəki Məhəmməd Əli adına Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması nəticəsində azı yeddi nəfər həlak olub.

E-huquq.az-ın məlumatına görə, bu barədə ştatın qubernatoru Endi Beşir "X" sosial şəbəkəsində paylaşım edib.

"Həlak olanların sayı azı yeddi nəfərə çatıb, bu göstərici, çox güman ki, artacaq", – deyə o yazıb.