Rusiyada güclü yanğın nəticəsində 7 nəfər ölüb


  • 09:00

Rusiyanın Surqut şəhərində yerləşən iki mərtəbəli bağ evində güclü yanğın baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Yanğın qısa zamanda bütün evi əhatə edib, nəticədə dam və çardaq hissəsi tamamilə çöküb.

Xantı-Mansi Muxtar Dairəsində qeydə alınan hadisə zamanı yeddi nəfər həyatını itirib. Ölənlərdən 4-nün uşaq olduğu, 1 nəfərin isə yaralandığı bildirilir.

Rusiya Federasiyasının Regional İstintaq Komitəsi faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi - səhlənkarlıq nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olma üzrə cinayət işi başladıb.

Hazırda yanğının səbəbləri və dünyasını dəyişənlərin şəxsiyyəti araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər