- 13:07
1988-ci il təvəllüdlü Moskva sakini dövlətə xəyanət etməkdə şübhəli bilinərək saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən şəxs öz təşəbbüsü ilə NATO ölkələrindən birinin xüsusi xidmət orqanı ilə əlaqə saxlayıb və bu şəxsə bir sıra Rusiya vətəndaşlarının, xüsusilə müxalifətçi meyilli şəxslərin anket məlumatlarını və digər məlumatları verərək onları gizli əməkdaşlığa cəlb etməyə çalışıb.
Saxlanılan şəxsin yaşadığı ünvanda axtarışlar aparılıb.
Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 275-ci (Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə xarici dövlətə yardım şəklində dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı