İzmir sahillərində 28 qanunsuz miqrant saxlanılıb


  • 11:40

Türkiyənin İzmir şəhərində 28 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Bildirilib ki, Urla sahillərində Sahil Mühafizəsinə məxsus pilotsuz uçuş aparatı tərəfindən rezin qayıqda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edilib.

Qrupları hərəkətdə olan rezin qayığın qarşısını kəsərək, 7-si uşaq olmaqla 28 nizamsız miqrantı yaxalayıb.

Miqrant qaçaqmalçılığında şübhəli bilinən iki nəfər saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər