- 13:07
Türkiyənin Qaziantep şəhərində dördmərtəbəli yaşayış binasında güclü yanğın olub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Qaziantepin Şahinbey səmtində yerləşən binanın üst mərtəbəsində naməlum səbəbdən yanğın başlayıb.
Yanğın qısa müddətdə bütün binanı bürüyüb.
Hadisə yerinə təcili tibbi yardım xidmətləri, yanğınsöndürənlər və polis göndərilib.
Təxminən 1 saatlıq müdaxilədən sonra yanğın nəzarət altına alınıb.
Yanğın zamanı binaya ciddi ziyan dəyib.
Binanın təmir üçün təxliyyə edildiyi bildirilir.
Hadisənin səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə