Borc üstündə silahlı insident zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb


  • 11:49

Türkiyənin Aksaray şəhərində silahlı insident baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 4 nəfər arasında başlayan mübahisə qısa zamanda davaya çevrilib.

Dava zamanı tərəflər bir-birinə atəş açıb. Atışmada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda jandarma və tibb qrupları göndərilib.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb.

İnsidentin borca görə baş verdiyi bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər