- 13:07
Çexiyanın yeni hökuməti Ukraynaya hərbi yardımı azaldacaq .
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu Çexiyanın Xarici İşlər Nazirliyi postuna namizəd , "Patriotlar" fraksiyasından olan və keçmiş Avropa Parlamenti deputatı Filip Turek bildirib.
"Yeni hökumət Ukraynadakı müharibənin dayandırılması və Avropada münaqişə risklərinin azaldılması məqsədilə diplomatik səylərə prioritet verəcək, dövlət büdcəsindən maliyyələşdirilən hərbi yardımdan uzaqlaşacaq, Çexiyanın təhlükəsizlik sahəsindəki ehtiyaclarına fokuslanacaq", - eks deputat bildirib.
Aİ daxilindəki əlaqələrdən danışan Turek, Brüsselin “ideoloji proqramlar”dan çox yerli istehsala diqqət yetirməli olduğunu vurğulayıb. O, bəyan edib ki, Aİ siyasəti yalnız yüksək texnologiyalı Avropa istehsalının Çinə transferini sürətləndirir.
Humay Eminqızı