Filippində qasırğa qurbanlarının sayı 66-ya çatıb


  • 11:55

Filippində "Kalmaegi" qasırğasının gətirdiyi güclü külək və sel nəticəsində ölənlərin sayı 66-ya çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.

Məlumata görə, ölüm hallarının 49-u Sebu bölgəsində qeydə alınıb.

İtkin düşən 26 nəfərin axtarış-xilasetmə işlərinin davam edir.

Bölgəyə humanitar yardım üçün göndərilən və Filippin Hərbi Hava Qüvvələrinə məxsus helikopter Aqusan del Sur bölgəsində qəzaya uğrayıb. 6 ekipaj üzvü qəzada həlak olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər