- 13:07
ABŞ-nin Kentukki ştatının Luisvill şəhərində yük təyyarəsi qəzaya uğrayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Təyyarənin Luisvil Məhəmməd Əli Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra, yerli vaxtla 17:15 radələrində qəzaya uğradığı bildirilib.
Qəzadan sonra təyyarənin qalıqlarında yanğın baş verib.
Hadisə nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Qəzanın səbəbi araşdırılır.
Qəzadan sonra hava limanında uçuşlar dayandırılıb.
Şəbnəm Mehdizadə