Bu gücə Super Ay hadisəsi müşahidə olunacaq


  • 12:12

Bu gecə 2025-ci ilin ən böyük və ən parlaq Super Ay hadisəsi müşahidə olunacaq.

E-huquq.az xəbər verir ki, bu xüsusi səma hadisəsi Ayın Yerə ən yaxın nöqtəsinə çatan tam ay fazasında baş verəcək.

Bu, 2019-cu ilin fevralından bəri müşahidə edilən ən yaxın tam ay olacaq. Ay bu mövqeyə çatdıqda, həmişəkindən bir qədər böyük və parlaq görünəcək.

Super Ayın yaranmasına Ayın orbitinin elliptik forması səbəb olur. Orbiti mükəmməl dairəvi olmadığı üçün Ay Yerə bəzən daha yaxın (perige), bəzən isə daha uzaq (apogey) olur.

Günəş batarkən Ayın üfüqdən yuxarı qalxması müşahidəçilər üçün heyrətamiz bir tamaşa təqdim edəcək. Mütəxəssislər teleskopu və ya fotoqrafiya avadanlığı olanlara bu fürsəti qaçırmamağı tövsiyə edir.

Bu xüsusi hadisə "Qunduz Super Ayı" adlanır, çünki noyabr ayında tam ay "Qunduz ayı" kimi tanınır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər