- 13:07
Belçikanın Brüssel Hava Limanı ətrafında pilotsuz təyyarələrin aşkarlanması ilə əlaqədar olaraq BÜTÜN uçuşlar dayandırılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Belçika Hava Limanının saytında yer alır.
Açıqlamaya görə, hava limanının yaxınlığında pilotsuz uçuş aparatları müşahidə edilib.
Brüssel Hava Limanında uçuş və enişlərin təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırıldığı və əlavə məlumat əldə edildikdə açıqlama veriləcəyi bildirilib.
Qeyd edək ki, oktyabrın 3-də Belçikada Elsenborn Hərbi Təlim Düşərgəsi üzərində pilotsuz uçuş aparatlarının fəaliyyəti aşkar edilib və Müdafiə Nazirliyi insidentlə bağlı araşdırmalara başlayıb.
Şəbnəm Mehdizadə