- 13:07
Atlantik okeanının ortasında 1,7 tondan çox kokain daşıyan "narko-sualtı qayıq" ələ keçirilib.
E-huquq.az xarici mətbuata istinadən Portuqaliya donanması və ədliyyə polisinin birgə əməliyyatı nəticəsində yarı batmış qayıq Pireney yarımadasına doğru hərəkət edərkən ələ keçirilib.
Polis qayıqda olan dörd Cənubi Amerikalı ekipaj üzvünün tutulduğunu açıqlayıb. Şübhəlilərdən ikisi Ekvador, biri Venesuela və biri Kolumbiyalıdır. Onların hamısı Azor adalarında məhkəmənin qərarı ilə həbs edilib.
Portuqaliya Hərbi Dəniz Qüvvələri pis hava şəraiti ilə əlaqəli olaraq su altı qayığın limana çəkilə bilmədiyini və dənizdə batdığını açıqlayıb.
Şəbnəm Mehdizadə