- 13:07
Rusiya Federasiyasının Perm vilayətində, Vişera çayının sularında 4 balıqçının meyiti tapılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Regional İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Danilov Luq kəndi yaxınlığındakı çaydan 1958 və 1983-cü il təvəllüdlü kişi meyitləri tapılıb. Müstəntiqlər cəsədlərin balıqçı torlarına dolaşdığını bildiriblər.
Danilov Luq kəndindən 1,5 kilometr aralıda aşmış daha bir qayığın yaxınlıqda 1959 və 1971-ci il təvəllüdlü iki nəfərin balıqçı toruna dolaşmış meyitini də aşkar edilib.
İlkin məlumata görə, hadisələr gecə balıq ovu zamanı baş verib.
Onların ölümü ilə bağlı araşdırma davam edir.
Humay Eminqızı