- 17:00
Ermənistanda viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planı rəsmi olaraq İrəvana təqdim edilib.
E-huquq.az xəbər verir ki, bu Ermənistanın baş nazir müavini Mher Qriqoryanın Avropa Komissiyasının (AK) miqrasiya və daxili işlər üzrə baş direktorunun müavini Yohannes Lüxnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı baş tutub.
Qeyd edək ki, AK rəsmisi planı rəsmi İrəvanın adından danışıqların baş iştirakçısı kimi Ermənistanın daxili işlər naziri Arpine Sarkisyana çatdırıb.
Qriqoryan Ermənistanın fəaliyyət planının tam və səmərəli icrasını təmin etmək öhdəliyini təsdiqləyib və ölkədə artıq həyata keçirilən və planlaşdırılan islahatları təqdim edib.
Humay Eminqızı