- 17:00
Yaponiyanın yeni baş naziri Sanae Takaiti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu, Takaitinin oktyabrın 21-də vəzifəyə təyin edildikdən bəri Zelenski ilə ilk söhbətidir.
Onların söhbəti təxminən 30 dəqiqə davam edib. Baş nazir vurğulayıb ki, Yaponiya Ukraynanın yanında olacaq və mövqeyi dəyişməyəcək.
Takaiti həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün Ukraynaya qəti dəstəyini davam etdirəcəyini vəd edib.
Humay Eminqızı